Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin qərargahı vurulub.
Bu gün səhər Moskvaya 25-ə yaxın - PUA HÜCUMU OLUB
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı deyib.
Putin bildirib ki, Ukrayna ordusunun hərəkətləri barədə qərar qəbul edən mərkəzlərə zərbələr endirilir, Baş Kəşfiyyat İdarəsinin qərargahı da bu kateqoriyaya aiddir və bir neçə gün əvvəl vurulub:
“Buna cavab olaraq Kiyev rejimi Rusiyanı, Rusiya vətəndaşlarını qorxutmaq üçün başqa yol seçdi və yaşayış binalarına hücumlar təşkil etdi. Bu, təbii ki, terror fəaliyyətinin bariz nümunəsidir”, - Putin qeyd edib. (Apa)