Rusiya Federasiya Şurası dövlət başçısı Vladimir Putinə yenidən prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanunu təsdiqləyib.
FED.az xəbər verir ki, yeni qanuna əsasən, hazırkı prezident Vladimir Putin daha iki dəfə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ əldə edir.
Qeyd edək ki, ötən ilin yayında ölkə konstitusiyasına edilən dəyişiklik və əlavələrə görə Rusiya Prezidenti Vladimir Putinin əvvəlki prezidentlik müddətləri sıfırlanıb. (Apa)