Rusiya Prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edərək Moskvanın vasitəçilik etməyə hazır olduğunu bildiriblər.
Eləcə də bax: ABŞ Azərbaycana və Ermənistana - ÇAĞIRIŞ ETDİ
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib
"Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Davam edən eskalasiya ilə əlaqədar ciddi narahatlıq ifadə edilib, tərəflərin atəşkəsi təcili bərpa etməli olduğu bildirilib, habelə Rusiyanın vasitəçilik etməyə hazır olduğu qeyd olunub",- deyə Dmitri Peskov bildirib. (Qafqazinfo)