Rusiya prezidenti Vladimir Putin 2023-cü il yanvarın 1-dən üzümçülük və şərabçılıq sahəsində xammalın və malların keyfiyyətinin izlənilməsi sisteminin tətbiqini təmin etməyi əmr edib.
FED.az xəbər verir ki, belə bir bənd bazar ertəsi Kremlin saytında dərc olunan dövlət başçısının tapşırıqları siyahısında yer alıb.
Rusiya Federasiyası Hökuməti bu sənayenin inkişafı üçün uzunmüddətli proqramı, o cümlədən 2023-cü il yanvarın 1-dən keyfiyyətin izlənməsi sisteminin tətbiqini təsdiq etməli və həyata keçirmək üçün tədbirlər görməlidir.
Nazirlər Kabineti üzümçülük və şərabçılığın rəqabətqabiliyyətli məhsullarının istehsalının artırılması üçün də hədəfləri müəyyən etməlidir. Tələb olunan ixtisaslaşdırılmış maşın və avadanlıqların istehsalının təşkilinə, habelə onun Rusiya Federasiyasının ərazisində lokallaşdırılmasına yönəlmiş alt proqramın təsdiq edilməsi lazımdır.
Bundan əlavə, hökumətə, kiçik və orta sahibkarlıq subyektləri üçün şərabçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi biznes layihələrini hazırlamaq, habelə onları üzüm üçün yararlı torpaq sahələri, əkin materialının sort tərkibi, avadanlıq və texnika ilə təmin etmək tapşırılıb. (Marja)