Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında Ç.Cəlilovun vəkili Janna Bağırovanın qaldırdığı vəsatətə münasibət bildirilib.
Vəkil vəsatətlərində müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib, ev dustaqlığı ilə əvəz olunmasını və cinayət işində Maliyyə-Mühasibatlıq Ekspertizasının yenidən keçirilməsini tələb etmişdi
Məhkəmə hər iki vəsatəti təmin etməyib.
Daha sonra məhkəmə istintaqının tamamlandığı elan olunub.
Dövlət ittihamçısı çıxışında Ç.Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
“Bank Standard” QSC-nın nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu deyib.
Ç.Cəlilovun vəkili isə müddafiə çıxışına hazır olmadığını və məhkəmədən vaxt istədiyini deyib.Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.