Rusiyada hərbi qiyam qaldırmış "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin geri çəkildiyini elan edib.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq hərbi texnika karvanı geri çəkilir və daimi dislokasiya yerinə qayıdır.
Qeyd edək ki, «Vaqner» şirkəti iyunun 23-də “ədalət yürüşü”nə çıxmaq adı ilə hərbi qiyam qaldırıb və Rostovu tutmuşdu. Şirkətin hərbçiləri Moskvanın 200 kilometrlik məsafəyə qədər yaxınlaşşmışdılar.
Priqojin elan edib ki, bu müddət ərzində «Vaqner»in döyüşçüləri “bir damcı da qan tökməyiblər”.
“İndi qan tökülə biləcəyi andır. Buna görə də, rus qanının tökülməsinə görə bütün məsuliyyəti dərk edərək, plana uyğun olaraq əks istiqamətdə səhra düşərgələrinə yola düşürük "deyib.
Qeyd edək ki, bir qədər əvvəl bildirilmişdi ki, Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə razılığa əsasən Priqojinlə danışıqlar aparıb və o, Lukaşenkonun silahlı şəxslərin hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.