Pepsi şirkətinin İcraçı direktoru İndra Nooyi vəzifəsini tərk edəcəyini bildirib. 12 ildir Pepsi-yə rəhbərlik edən 62 yaşlı Nooyi-nin yerinə Ramon Laguarta təyin ediləcək.
FED.az xəbər verir ki, Pepsi-nin xaricdə doğulmuş ilk İcraçı direktoru olan Nooyi, 2019-cu ilin əvvəlinə qədər idarə heyətində sədri vəzifəsini isə davam etdirəcək.