Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.
Eləcə də bax: Paşinyan rus qoşunlarının Qarabağda 10-15 il də qalmasını - İSTƏYİR
FED.az xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazıb.
Qeyd olunub ki, məmurların gizli biznesi, daşınar və daşınmaz əmlakı ilə bağlı araşdırma aparılacaq.
Nəşrin məlumatına görə, MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən Baş nazir Nikol Paşinyan, Baş nazirin müavinləri, prezident, parlament sədri, deputatlar və başqalarının da adı var. (Report)