Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur vilayətinin icma rəhbərləri ilə görüşüb. Paşinyan görüş zamanı Zəngəzur dəhlizi barədə danışmaqla yanaşı, həm də Qarabağla bağlı bəyanat da verib.
Eləcə də bax: Noyabrın 16-da Ordumuz Zəngəzurda belə irəliləyib - Plan İlk Dəfə Açıqlandı
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan erməniləri Qarabağın Azərbaycana məxsus olması fikri ilə barışmağa çağırıb.
“Sadəcə 30 il biz özümüzü aldatmışıq və sonda baş verənlər məhz elə də olmalı idi”, - deyə Paşinyan qeyd edib.
Bununla yanaşı, Paşinyan Zəngəzur dəhlizindən danışarkən bunları vurğulayıb: “Biz nə yolları açmaya, nə də Azərbaycana Zəngəzur ərazisindən Naxçıvana aparan yol verməyə bilərik. Çünki Azərbaycan buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə müqavimət göstərməyə resursumuz yoxdur”.