Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb.
“Saziş imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq”
FED.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, əgər artıq Bakı iki ölkə liderləri arasında razılaşdırılmış prinsipləri təsdiq etsə, sülh sazişinin imzalanması realdır.
“Azərbaycan bu prinsipləri təsdiq edərsə, yaxın vaxtlarda sülh sazişinin imzalanması çox realdır”, - Paşinyan dənizə çıxışı olmayan ölkələrin nazirlər iclasının açılış mərasimində vurğulayıb. (Apa)