Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binasının önündə - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.
FED.az xəbər verir ki, o, hərbi çevriliş cəhdinin qarşısının alındığını açıqlayıb.
"Ermənistan ordusu mənə tabedir. Vəziyyət gərgindir, toqquşmalardan qaçmaq üçün razılığa gəlməliyik. Fikrimcə, hərbçilərin bəyanatı emosional reaksiya idi, vəziyyətə nəzarət edirik", - baş nazir bildirib. (Report)