Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.
Paşinyan separatçıların hərbi texnikasını - QARABAĞDAN ÇIXARIR?
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Sputnik Ermənistan”ın yaydığı xəbər görə, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.
Məlumata görə, iclas zamanı Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan və digərləri də iştirak edib.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.