Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 14-ü danışıqların planlaşdırıldığı Brüsselə səfərini təxirə salmaq niyyətində deyil.
İlham Əliyev və Nikol Paşinyan bu həftə - BRÜSSELDƏ GÖRÜŞƏCƏKLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Sputnik Ermənistan”ın yaydığı xəbərə görə, bu barədə məlumatı Paşinyan hökumətin iclasında açıqlayıb. Paşinyan sözügedən görüşdə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağını güman etmədiyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Financial Times” qəzeti mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçiriləcəyi barədə məlumat yayıb.
Xatırladaq ki, mayın 10-u axşam saatlarında və mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Ermənistanın qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.