Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddəki gərginlik nəticəsində ölkəsinin 135 hərbçisinin öldüyünü açıqlayıb.
Eləcə də bax: Erməni deputat: "İtkilərimiz 200-ü keçib"
FED.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Baş nazir hökumətin iclasında bildirib.
“Bu günə qədər ölənlərimizin təsdiqlənmiş sayı 135 nəfərdir. Təəssüf ki, bunun yekun rəqəm olmadığını başa düşürük. Çoxlu yaralılarımız var”, - Nikol Paşinyan vurğulayıb. (Report)