Ermənistan hökuməti Azərbaycana məhsul ixracına başlamaq üçün lazımi addımlar atmağa hazırdır.
Paşinyan yüklərin Azərbaycan ərazisindən daşınmasına görə - İlham Əliyevə təşəkkür edib
FED.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bəyan edib.
Paşinyan İcevan dəmir yolu stansiyasına qədər (daxil olmaqla) bərpa işlərinin aparılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, söhbət Yerasx və Axurik sahələrindən gedir: bunlar Ermənistanı Azərbaycanın əsas hissəsi - Naxçıvanla - və Türkiyə ilə birləşdirən dəmir yollarıdır.
Baş nazir ümid edir ki, Rusiya tərəfdaşları bu işləri qısa müddətdə yerinə yetirəcəklər.
"Bu sahələr Rusiyanın konsessiyasındadır. Hər hansı maneələr və ya digər problemlər yaranarsa, Ermənistan hökuməti bu sahələri konsessiyadan çıxara və bərpanı Ermənistan dövlət büdcəsi hesabına həyata keçirə bilər", - o qeyd edib. (Report)










