Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsinin gündəmdə saxlanılması məhsuldar deyil.
Paşinyan: "Azərbaycanla sülh qurulub və ondan etibarlı təhlükəsizlik zəmanəti yoxdur"
FED.az biznes və maliyyə xəbərləri portalıxəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bunu Baş nazir Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən deyib.
“Artıq kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmayaq. Bu mövzunu bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik. Bizim öz həqiqətimiz var, amma başqalarının da öz həqiqəti var”, — Paşinyan vurğulayıb.(Apa)













