Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasını real hesab etmir.
Delimitasiya komissiyasının iclası keçirilib - Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
FED.az xəbər verir ki, bu barədə Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində deyib.
“İndiki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm”, – Ermənistan lideri vurğulayıb.
Eyni zamanda, Paşinyan ölkəsinin Qarabağda müharibə aparmaq niyyəti olmadığını diqqətə çatdırıb:
“Ermənistanın 29 743 kvadrat kilometr ərazisindən kənarda suverenliyi yoxdur və Qarabağ uğrunda müharibə aparmaq niyyətində deyil”. (Report)