Rusiya Prezidenti Vladimi Putin Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Paşinyan: "Sülhün alternativi yoxdur"
FED.az xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Telefon danışığı zamanı Putin Paşinyanla Qarabağ və Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün sazişlərin bütün kompleksinin ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.
Putin Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb. (Apa)