Sentyabrın 27-dən Dağlıq Qarabağda aparılan döyüşlərdə Azərbaycan ordusuna uduzan Ermənistan rəhbərliyi məğlubiyyətini dolayı yolla da olsa, etiraf edib.
Eləcə də bax: Paşinyan: “Həm şimal, həm də cənub istiqamətində geri çəkilirik”
FED.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün feysbuk hesabında yayımladığı videomüraciətdə ordusunun çətin anlar yaşadığını və itkilər verdiyini dilə gətirib.
O, Azərbaycan ordusunun uğurlarını erməni ordusuna məxsus arxa cəbhədə çaxnaşma yaratdığını qeyd edib.
“Azərbaycan Silahlı Qüvvələri döyüşlərin son günlərində taktikalarını dəyişiblər. Bunu ümidsizlik yaymaq üçün deyil, xalqla həqiqət dilində danışmalı olduğum üçün deyirəm”- deyə o qeyd edib.
Paşinyan bildirib ki, Qarabağda vəziyyət ağır olaraq qalır. (Qafqazinfo)