Rusiya sülhməramlı kontingenti Laçın yolundakı situasiya ilə bağlı müfəssəl açıqlama ilə çıxış etməlidir.
Lavrov Paşinyanın sülhməramlılarla bağlı ittihamlarını əsassız - ADLANDIRIB
FED.az xəbər verir ki, “Sputnik Armenia”nın yaydığı məlumata görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Paşinyan hesab edir ki, Rusiya obyektiv, yaxud subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatı alması və ya bölgəyə əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi üçün məsələ qaldırmalıdır. (Apa)