“Ermənistan tərəfindən 49 hərbçi ölüb”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, bu, hələ son rəqəm deyil.
O bildirib ki, döyüş əməliyyatlarının intensivliyi azalıb.
Paşinyan, həmçinin qeyd edib ki, Ermənistanın müraciəti əsasında KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclası keçirilir.