Pakistanın Baş naziri İmran Xanın Fərmanı ilə özü də daxil olmaqla Nazirlər Kabineti buraxılıb. İmran Xan Pakistan parlamentinin buraxılması təklifi ilə Prezident Arif Alviyə müraciət edib və bu müraciətə əsasən Prezident parlamentin fəaliyyətini dayandırıb.
FED.az xəbər verir ki, İmran Xan Baş nazirin səlahiyyətlərini icra edəcək.
Qeyd olunur ki, ölkədə yeni parlament seçkiləri 90 gün ərzində keçiriləcək.
Pakistan müxalifəti ölkədə iqtisadi vəziyyətin pisləşməsi və korrupsiya ittihamı ilə Baş nazir İmran Xanın rəhbərliyi ilə hökumətə etimadsızlıq göstərdikdən və parlamentdə koalisiyadan çıxdıqdan sonra bu qərar qəbul olunub.