Müştəri “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən filialından şikayətlənir.
FED.az məlumat verir ki, şikayətini sosial şəbəkə vasitəsilə yayan qadın restoranda yediyi pizzadan kauçuk çıxdığını bildirib.
Eləcə də bax: Restoranda hesaba görə müştərilər - ADMİNİSTRATORU DÖYÜBLƏR
Onun sözlərinə görə, restoran əməkdaşlarına etirazını bildirsə də, heç bir tədbir görülməyib.
Məsələ ilə bağlı restorandan bildirilib ki, şikayət olması barədə İdarə Heyətinə məlumat verilməyib:
“Belə bir hal baş verərsə, müştəridən hesab alınmır”.
“Report”