Özbəkistanda sahibkarlar üçün vergi güzəştləri verilib. FED.az xəbər verir ki, prezident Şavkat Mirzəyev sahibkarlar üçün yeni vergi güzəştlərinin tətbiqi haqqında qərar imzalayıb. Qərara əsasən, kənd yerlərindəki fərdi sahibkarlar 5 il müddətində vergidən azad edilib.
Söhbət əhalisinin sayı 5 mindən az olan yaşayış məntəqələrində bərbərxana, dərzi, ayaqqabı təmiri xidməti göstərən və hamam işlədən sahibkarlardan gedir.
Bundan başqa, istixanalar (parnik) yaradan, toxum və ting alan, mal-qara və quşlar alan fermerlərə güzəştli kreditlər veriləcək. Kənd təsərrüfatı texnikası, nasoslar və şəxsi təsərrüfatı üçün digər avadanlıqlar alan fermerlər də güzəştli kreditlər götürə biləcəklər.
Bundan başqa, ölkədəki bütün fərdi sahibkarlar onların işə götürdüyü işçilərə görə müəyyən edilmil fiksə olunnan vergidən də azad edilib.
Ailə biznesi ilə məşğul olanlara da güzəşt verilib. İndi onlar hüquqi şəxs yaratmadan 3 nəfərə qədər işçini əmək müqaviləsi ilə işə götürmək və əmək qabiliyyəti olan istənilən yaxın qohumu ailə biznesinə cəlb etmək hüququ qazanıblar.
Bundan başqa, yeni qaydalara görə, 3 tondan artıq avtomobillərlə fərd sürücülük fəaliyyəti göstərənlər minimum əmək haqqının 3 misli qədər aylıq fiksə olunmuş məbləğ ödəyəcəklər.
Əvəzində Özbəkistan prezidenti iri biznes üçün vergiləri artırıb. Belə ki, əlvan və qiymətli metallar yataqlarının istifadəsinə görə, vergilər 5 dəfə artırılıb. Mis hasilatı üçün vergi dərəcəsi 8,1%-dən 30%-ə, sink üçün 4%-dən 20%-ə, qızıl hasilatı üçün vergilər 5%-dən 32%-ə, gümüş üçün vergilər isə 8%-dən 32%-ə qaldırılıb.
www.bilikli.net
Özbəkistanda sahibkarların bir hissəsi vergidən azad edilib
17:52
14 Avq 2018