Yaşadığımız dünyada bu və ya digər səbəbdən sakinlərə ehtiyacı olan xeyli sayda şəhərlərin olduğunu çox az insan bilir. Öz ərazisində yaşamaq və işləmək üçün bu şəhərlər sakinlərə böyük məbləğdə pullar təklif edir.
Bu baxımdan AdMe.ru saytı səyahət edə biləcəyiniz, müəyyənmüddət gözəl ortamda yaşayıb bunun üçün pul ala biləcəyiniz 7 şəhərin siyahısını hazırlayıbdır. Bu şəhərlər siyahısını sizlərə təqdim etmək istərdik.
Detroyt, Miçiqan, ABŞ
Bir vaxtlar “Qərbi Paris”, “ABŞ-ın avtomobil paytaxtı” kimi tanınan Detroyt şəhəri avtomobil sənayesinin yaratdığı fəsadlar üzündən çirklənməyə məruz qalmış və buna görə də XX əsrin ortalarından başlayaraq sakinlər oranı tərk etməyə başlamışlar. Şəhər hazırda əhali sayını artırmağa və əvvəlki şöhrətini geri qaytarmağa çalışır. Bu problemin həlli üçün isə hökumət «Challenge Detroit» adlı yeni proqramı tətbiq etməyə başlamışdır. Proqrama əsasən bu şəhərə köçməyə və burada işləməyə qərar verən müxtəlif sahələrdə fəaliyyət göstərən professional işçilərə ayda 2.5 min dollar verilməsi nəzərdə tutulur.
Alyaska ştatı, ABŞ
Əgər siz qış fəslini və ağappaq dağ mənzərələrini sevirsinizsə, aşağı temperaturda özünüzü çox rahat hiss edirsinizsə və sakit həyat tərzinə üstünlük verirsinizsə, onda Alyaskada yaşamaq sizin üçün unudulmaz həzz ola bilər. Şimal regionun həyatında professional şəkildə iştirak edənlərə ABŞ-ın xüsusi hökumət fondu dövlət proqramı hazırlayıb və buna vəsait də ayırıb. Yeganə tələb olunan şərt Alyaskada bir il qalmaqdır.
Saskaçevan vilayəti, Kanada
Bu Kanada vilayəti yeni məzum olan şəxslərə (2010-cu ildən yuxarı) yaxşı təklif verir. Belə ki, sonrakı həyatı və karyerası barədə aydın təsəvvürə malik olmayan gənclərə 7 il ərzində şəhərdə yaşamaları və işləmələri üçün 20 min dollar ödənilir.
Niaqara şəlaləsi, Nyu-York ştatı, ABŞ
Dünyanın ən gözəl və cəlbedici yerlərindən birində yaşamaq və buna görə pul qazanmaq qeyri-real görünsə də, mümkündür. Hökumət universitet məzunlarına iki il ərzində şəlalə yaxınlığında yerləşən yerli müəssisələrdə işləmələri üçün həvəsləndirmə məqsədilə 7 min dollar pul ayırır.
Ponqa, Asturiya, İspaniya
Bu gözəl kənd İspaniyanın şimal-şərqində yerləşir və ölkənin ən qədim ərazilərindən biri hesab edilir. Gənc insanları cəlb etmək və yerli iqtisadiyyatı canlandırmaq üçün hökumət bu kəndə köçən hər ailəyə üç min avro təklif edir. Bundan əlavə ailədə doğulan hər bir körpə üçün də 3 min avronun ödənilməsi nəzərdə tutulub. Ekoloji cəhətdən təmiz və gözəl ərazidə yaşamaq istəyənlər üçün bu kənd gözəl fürsətdir.
Utrext, Hollandiya
Hollandiya humanitar elmlərin öyrənilməsi və sosial eksperimentlərin aparılması ilə tanınan ölkədir. Onlardan bir budur: Hər bir şəhər sakininə 1000 dollar versək, bu proses onların həyatına necə təsir edər? Sadə eksperiment.
Kertis, Nebraska ştatı, ABŞ
Yəqin ki, hər bir insan ömründə bir dəfə də olsun şəhərin elə deyil belə idarəedilməsi ilə bağlı öz fikirlərini bildirmişdir. Kertis şəhəri bu insanların təkliflərini dəyərləndirir. Bu kiçik Amerika şəhərciyi yaxşı ideya müqabilində yerli infrastruktur və mədəniyyətin inkişafına töhfə verəcək insanlara ev tikintisi üçün torpaq sahəsi hədiyyə edir.
Mənbə: www.adme.ru