Los-Ancelesin “Dolbi” teatrında Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi keçirilir.
FED.az xəbər verir ki, tədbir nüfuzlu mükafata namizədlərin, eləcə də qonaqların qırmızı xalı gedişindən başlayıb.
Eləcə də bax: Hollivud tarixinin - ƏN UĞURSUZ FİLMİ - AÇIQLANDI
Laureatlar qızıl heykəlcikləri Kianu Rivz, Penelopa Krus, Siqurni Uiver, Dayan Kiton, Ceyms Korden, Şaya Labaf, Stiv Martin, Corc Makkey, Maya Rudolf, Zak Qottzaqen və Beni Feldşteynin əllərindən alacaq.
Ən yaxşı ikinci plan aktyoru - Bred Pitt ("Bir dəfə... Hollivudda”)
Ən yaxşı cizgi filmi - "Oyuncaqların hekayəsi 4"
Ən yaxşı orijinal ssenari - "Parazitlər" filmi, Pon Cun-xo
Ən yaxşı qısametrajlı animasiya filmi - "Saça olan sevgi"
Ən yaxşı uyğunlaşdırılmış ssenari - "Dovşan Coco", Tayka Vaytiti
Ən yaxşı rejissor - Bon Cun Xo ("Parazitlər")
Ən yaxşı kostyum dizaynı - "Kiçik qadınlar", Jaklin Durran
Ən yaxşı sənədli film - "American Factory"
Ən yaxşı qısametrajlı sənədli film - “Learning to Skateboard in a Warzone”
Ən yaxşı ikinci plan aktrisası - Lora Dern ("Evlilik hekayəsi")
Ən yaxşı səs montajı - "Ford Ferrariyə qarşı", Donald Silvestr
Ən yaxşı səs kombinasiyası - "1917", Mark Teylor və Stüart Uilson
Ən yaxşı film - "Parazitlər", rejissor Bon Cun Xo
Ən yaxşı film montajı - "Ford Ferrariyə qarşı", Maykl MakKuser, Endrü Baklend
Ən yaxşı operator işi - "1917", Rodcer Dikins
Ən yaxşı quruluşçu rəssam işi - "Bir dəfə... Hollivudda", Barbara Linq, Nensi Hey
Ən yaxşı vizual effektlər - "1917", Qiyom Roşrom, Qreq Batler və Dominik Tui
Ən yaxşı qrim və saç düzümü - "Qalmaqal", Kadzu Hiro, Enn Morqan və Vivian Beyker
Ən yaxşı xarici film nominasiyası - "Parazitlər", rejissor Bon Cun Xo
Ən yaxşı qısametrajlı film - “The Neighbors’ Window”, Marşall Karri
Ən yaxşı orijinal mahnı - “I’m Gonna Love Me Again” (mus: Elton Con, söz: Berni Topin), “Roketmen” filmi üçün
Ən yaxşı kişi aktyoru - Hoakin Feniks ("Coker" filmi)
Ən yaxşı film musiqisi - "Coker", Hildur Qudnadouttir
Ən yaxşı aktrisa - Rene Zellveqer, "Cudi" filmi
Qafqazinfo