Azərbaycanın mövcud su mənbələrinin dəyərləndirilməsi istiqamətində “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən araşdırmalar aparılır.
Eləcə də bax: Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR
FED.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na əsasən, bəzi mənbələrin məhsuldarlığının artırılması nəzərdə tutulur:
“Oğuz-Qəbələ-Bakı su kəmərinin, eləcə də İkinci Bakı su kəmərinin mənbəyində əlavə su həcmlərinin yaradılması ilə bağlı mütəxəssislərimiz ilkin mərhələdə hansı tədbirlərin görülməli olduğu barədə araşdırma aparır. Mövcud su mənbələrinin məhsuldarlığının artırılması məqsədilə subartezian və artezian quyularının qazılması nəzərdə tutulur”.
“Ölkədə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə üçüncü Şollar su kəmərinin mənbəyində də araşdırmalar davam etdirilir. Araşdırmaların aparılması və texniki əsaslandırma sənədlərinin hazırlanması məqsədilə "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun mütəxəssisləri artıq işlərə başlayıblar. Bu sənədlər yekunlaşandan sonra mənbədə görüləcək işlər bəlli olacaq”,- deyə o vurğulayıb. (Report)