Qazaxıstanın yeni hökumətinə prezident administrasiyasının keçmiş rəhbəri Oljas Bektenov başçılıq edəcək.
FED.az xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.
Bu gün hakim Amanat partiyası onun namizədliyini prezident Kasım-Jomart Tokayevə təqdim edib.
Dövlət başçısı Bektenovun namizədliyini parlamentin digər partiya fraksiyaları ilə müzakirə edib.
Plenar iclasdan sonra Prezident bununla bağlı sərəncam imzalayıb.
Bektenovun namizədliyinin lehinə 69 deputat səs verib, 7 deputat bitərəf qalıb. (Report)