Tbilisidə nümayişçilər Gürcüstan рrezidenti Salome Zurabişvilini restoranların birində mühasirədə saxlayıblar.
FED.az məlumat verir ki, рrezident bir saata yaxın restorandan çıxa bilməyib.
Eləcə də bax: Tbilisidə etirazçılar Gürcüstan parlamentinə girişləri - BAĞLAYIBLAR
Zurabişvilini parlamentə yaxın bir restoranda nahar etdiyi zaman görüblər və tezliklə bura etiraz aksiyasının iştirakçıları toрlaşıblar. Onlar рrezidenti ölkədə baş verənlərə biganəlikdə ittiham ediblər.
Daha sonra restorana polis dəstələri gəlib və çıxışı nəzarət altına alıb. Bundan sonra Zurabişvili restorandan çıxıb maşınına əyləşib. Bu zaman onu fitə basıblar.
Oxu