Bakı Ağır Cinayətlər Məhkəməsin Xətai rayonunda yerləşən 40 saylı notariat kontorunun rəhbəri Şəhla Hüseynovanın evindən xeyli pul və qızıl-zinət əşyaları oğurlanmaqda təqsirləndirilən Aslan Qasımov, Elnur Aslanov, İmamverdi Həsənov, Familə Vəliyevaya və Sahib Həsənbəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
FED.az "APA"-ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Aslan Qasımov, Elnur Aslanov və İmamverdi Həsənova 7 il, Familə Vəliyevaya 5 il, Sahib Həsənbəyliyə 2 il müddətinə azadlqıdan məhrum ediliblər.
Qeyd edək ki, aprelin 22-də paytaxt sakini bir nəfər Xətai Rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 374 min manat və 100 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunmuş 2 nəfər - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.
Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü Sahib Həsənbəyli zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə əvvəlcə İmamverdi Həsənova məlumat verib. O isə öz növbəsində digər dəstə üzvləri Elnur Aslanov və Aslan Qasımovla birlikdə qeyd edilən evdən oğurluq etmək qərarına gəlib.
Seyfi ələ keçirəndən sonra dəstə üzvləri Sahib Həsənbəylinin Abşeron rayonunda yerləşən bağ evinə yollanıblar. Orada seyf kəsilərək açılıb və əldə edilən pul saxlanılan şəxslərin arasında bölünüb.
Seyfdə olan qızıl-zinət əşyaları isə satılıb və həmin pullar da dəstə üzvləri arasında bölüşdürülüb
Onu da qeyd edək ki, iş üzrə zərərçəkən Xətai rayonu 40 saylı notariat kontorunun rəhbəri Şəhla Hüseynova tanınıb.