ABŞ prezidenti Donald Tramp 2019-cu il Nobel Sülh Mükafatının Efiopiya prezidenti Abiy Əhməd Əliyə yox, ona verməli olduğunu deyib.
Eləcə də bax: «İraqın bizim banklarda 35 milyard dollar pulu var, KOMPENSASİYA ÖDƏMƏSƏ...»
FED.az xəbər verir ki, Ohayodakı çıxışında Tramp "Bir razılaşma etdim və ölkəni xilas etdim, amma sonra eşitdim ki, həmin ölkənin lideri ölkəni xilas etdiyi üçün Nobel Sülh Mükafatı alır" deyib.
Tramp çıxışında Efiopiya və Abiy Əhməd Əli haqqında danışmayıb.
Xatırladaq ki, 2019-cu ildə Nobel sülh mükafatını Eritreya ilə müharibəni sona çatdırmaq səyləri üçün Efiopiyanın prezidenti Abiy Əhmed Əliyə verilmişdi.