Rusiyalı Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov Nobel medalını hərracda 103,5 milyon dollara satıb.
Eləcə də bax: Dünyanın ən böyük mavi brilyantı - $57.5 MİLYONA SATILDI
FED.az xəbər verir ki, Nyu-Yorkda baş tutan auksionu təşkil etmiş “Heritage Auctions” bəyanatında bildirib ki, əldə edilən gəlir UNICEF-in Ukraynada qaçqın düşmüş uşaqlara humanitar reaksiyasına sərf ediləcək.
ABŞ mediasının məlumatına görə D. Muratovun Nobel medalının auksion qiyməti rekord olub və bu vaxta qədər hərraca çıxarılmış istənilən Nobel medalından daha baha satılıb.
Bundan əvvəlki satışlarda isə Nobel medalı üçün 5 milyon dollar ödənildiyi bildirilib.
1991-ci ildə “Novaya Qazeta”nı təsis etmiş D. Muratov 2021-ci ildə filippinli Maria Ressa ilə birlikdə Nobel Sülh Mükafatını qazanıb. “Novaya Qazeta” bu ilin martında fəaliyyətini Rusiyanın Ukraynada hərbi əməliyyatları başa çatanadək dayandırdığını açıqlayıb. (Apa)