Niaqara şəlaləsində su sərfi Buffalo şəhərindəki Eri gölünün səviyyəsindən asılıdır. Bu faktor küləyin istiqaməti və intensivliyindən asılı olaraq dəyişir. Eri gölündə su səviyyəsi dəyişikliklərinin Niaqara çayının mənbəyində qeydə alınmış amplitudası 2.5 m təşkil edir.
29 mart 1848-ci il tarixində isə əsən güclü külək üzən buz parçasını Niaqara çayının axdığı yerdə Eri gölünə gətirib çıxarmış və bununla da qəfildən dar kanalın qabağını tutaraq çay axınının böyük hissəsinin qarşısını almışdı. Şahidlərin sözlərinə görə həmin gün şəlaləni piyada keçmək mümkün idi.