Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni tərk etməyəcəyini bildirib.
Eləcə də bax: Paşinyan tərəfdarları və müxaliflər arasında qarşıdurma - Video
FED.az xəbər verir ki, “Sputnik Armenia”yaya görə, bu barədə Baş nazir Nikol Paşinyan tərəfdarları ilə birlikdə İrəvanın mərkəzində keçirdiyi yürüş zamanı deyib.
N. Paşinyan onun ölkəni tərk etməsinə dair yayılan xəbərləri informasiya terroru kimi qiymətləndirib: “Mən heç yerə getmirəm və getməyəcəyəm. Ailəm də buradadır".
Qeyd edək ki, sosial şəbəkələrdə N. Paşinyanın ölkəni tərk edəcəyinə dair xəbərlər yayılıb. (Apa)