Səudiyyə Ərəbistanı Kralı Salman ben Adbel Əiz əl-Səud tibbi müayinə üçün Ər-Riyad hospitalına yerləşdirilib.
Eləcəd ə bax: İran Donald Trampı beynəlxalq - AXTARIŞA VERİB
FED.az xəbər verir ki, bu barədə ölkənin dövlət xəbər agentliyi (SPA) məlumat yayıb.
Məlumata görə, 84 yaşlı kral öd kisəsindəki ağrılara görə tibbi baxışdan keçiriləcək. Başqa təfərrüatlar açıqlanmır. Ötən il KİV kralın insult və onurğasında ağır əməliyyatı keçirdiyini xəbər verib.
Kral Salman Səudiyyə tarixində əsrlərdən bəri formalaşan varislik qaydasını pozmuş ilk kraldır. Ona qədər bütün kralların varisləri onların qardaşları və digər yaxın insnaları olduğu halda, o qardaşının vəliəhdliyini ləğv edərək, varisliyi öz oğluna verib. Xatırladaq ki, o, qardaşı Abdullanın ölümündən sonra kral olub.
Maraqlıdır ki, cəmi 2 gün əvvəl – iyulun 18-də Küveyt Əmiri Sabax əl-Əxməd əl-Cabər əs-Sabah da xəstəxanaya aparılıb. Yerli KİV-in məlumatına görə, Küveyt əmir də tibbi baxışdan keçəcək, həmin müddətdə onun səlahiyyətlərini vəliəhd şahzadə icra edəcək.