Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri İssyu Suqavara seçiciləri ələ alması ilə bağlı yaranmış qalmaqala görə vəzifəsindən istefa verib.
FED.az xəbər verir ki, bu barədə ölkənin İctimai Televiziyası məlumat yayıb.
Eləcə də bax: Yaponiya hökuməti tam heyətdə istefaya gedib
Qeyd edilir ki, istefa haqqında ərizə Nazirlər Kabinetinin cümə günü səhərki iclasında verilib. Nazir seçiciləri ələ almaqda ittiham olunur. Xüsusi halda, yerli həftəlik nəşrin məlumatına görə, Suqavara parlamentə seçildiyi dairədən seçicilərə yemiş hədiyyə edib.
Xatırladaq ki, İssyu Suqavara həmçinin Yaponiyanın Rusiya ilə iqtisadi əlaqələrinin inkişafına nəzarət edib.
Report