NATO Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.
FED.az xəbər verir ki, təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar NATO-nun dərin narahatlığına səbəb olub.
Bəyanatda deyilir: “Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh nizamlanması ilə bağlı danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”. (Trend)