Ukraynaya hərbi müdaxilə ölkəyə 100 milyard dollardan çox ziyan vurub.
Eləcə də bax: Ukrayna Rusiya və onun sakinlərinin əmlakını - MÜSADİRƏ EDİR
FED.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko bildirib.
“Rəqəm çox böyükdür, ona görə də qələbədən sonra bizi uzun bir bərpa prosesi gözləyir”, - deyə Ustenko qeyd edib.
O əlavə edib ki, Ukraynadakı müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları ərəfəsində işləyir. (Qafqazinfo)