Müasir İncəsənət Muzeyinin yeni direktoru Rövlan Əliyev sabiq direktor Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Eləcə də bax: DTX əməliyyat keçirdi - Daha Bir Məmur - SAXLANILDI
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, R. Əliyev bildirib ki, Xəyyam Abdinov uzun muddətdir Muzeydə çalışmır və o, direktor vəzifəsindən azad olunub: “Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Müasir İncəsənət Muzeyi ilə hər hansı bir əlaqəsi yoxdur”.
Xatırladaq ki, bu gün yayılan məlumata görə, Müasir İncəsənət Muzeyinin eks-direktoru Xəyyam Abdinov DTX tərəfindən saxlanılıb. Xəyyam Abdinovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.