“Mayın 25-i Moskvada Ermənistan və Azərbaycan liderləri arasında keçirilməsi planlaşdırılan görüşdə sülh müqaviləsinin imzalanmasını real hesab etmirəm”.
Lavrov: "Yaxın vaxtda Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçiriləcək"
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sözügedən görüşə çox az vaxt qalıb.
Xatırladaq ki, Nikol Paşinyan mayın 18-i hökumətin iclasında bildirib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçirilməsini təklif edib. Görüşün mayın 25-i keçirilməsi planlaşdırılır.