Moskvada koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi iyunun 23-dən etibarən yumşaldılır.
FED.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanın öz bloqunda yazıb. 3 aylıq karantindən sonra aşağıdakı məhdudiyyətlər aradan götürülür:
Eləcə də bax: İyuldan 4 ölkə Azərbaycanla - HAVA SƏRHƏDLƏRİNİ AÇACAQ
Kafe və restoranlar açılacaq;
Fitnes-klublar, hovuzlar və idman zalları fəaliyyətini bərpa edəcək;
Moskva-çay boyunca tramvaylar işləyəcək;
Uşaq bağçaları və kitabxanalarda, sosial müdafiə müəssisələrində məhdudiyyətlər ləğv olunacaq;
Bütün ictimai infrastrukturdan istifadə etmək mümkün olacaq – dükanlar açılacaq, küçə idman avadanlıqlarından, yelləncəklərdən və digər park avadanlıqlarından istifadəyə qadağa olmayacaq.
Həmçinin, turizm agentliklərinin fəaliyyəti yenidən bərpa olunacaq. Lakin Moskva üzrə ekskursiyalara hələlik icazə verilmir. (Qafqazinfo)