"Crocus City Hall"da törədilən terror aktı nəticəsində ikisi uşaq olmaqla 44 nəfərin vəziyyəti ağırdır.
FED.-az TASS Agentliyinə istinadən xəbər verir ki , bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib .
Onlardan 16-nın vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
Muraşko bildirib ki, terror aktının qurbanı olan 107 nəfərə, o cümlədən dörd uşaq tibbi yardım göstərilir. Eyni zamanda, biri uşaq olmaqla, 16 zərərçəkənin vəziyyəti son dərəcə ağır, ikisi uşaq olmaqla daha 44 nəfərin vəziyyəti ağırdır.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin Moskva və Moskva vilayətinin Crocus City Halldakı terror aktı qurbanlarına 500 mindən 3 milyon rubla qədər təzminat ödəyəcəyini açıqlamışdı.
Bu arada Rusiya prezidenti Vladimir Putinə “Krokus” terror aktında birbaşa iştirakda şübhəli bilinən dörd nəfər də daxil olmaqla ümumilikdə 11 nəfərin saxlanılması barədə məlumat verilib . Təhlükəsizlik qüvvələri saxlanılanların Rusiya-Ukrayna sərhədini keçməyi planlaşdırdıqlarını müəyyən edib .
Moskva Crocus City Hall konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.