İyulun 30-da Ukrayna ordusu Rusiyaya daha bir zərbə vurub. Ukrayna tərəfinin dronları Moskvaya hücum edərək şəhərin əsas biznes mərkəzi sayılan «Moskva Siti»yə zərələr endiriblər.
FED.az xəbər verir ki, Rusiya tərəfinin yayıdığı məumatlara görə, paytaxta cəmi 3 dron hucum edib, onların da biri vurulub, digər ikisi isə radiodalğalarla «söndürülüb», amma dronların qalıqları yerə düşəndə «Moskva Siti»dəki binalara zərər vurub.
«İlkin məlum olub ki, IQ Quarter qülləsinin şüşələri 20 kvadratmetr sahəyə çöküb, CrystalCity avtoyuma məntəqəsinin şüşələri də 40 kvadratmetr sahədə zədələnib»-deyə rəsmi məlumatda bildirilir.
Hərçənd Moskva meriyasının yaydığı, sonradan isə Rusiya müdafiə nazirliyinin də təsdiqlədiyi məlumatı, dağıntıların görüntüləri təsdiqləmir. Görüntülərdən aydın olur ki, dronlar zərbə endirə biliblər.
Qeyd edək ki, əvvəlki hücumlardan fərqli olaraq bu dəfəki dron həmləsi Rusiya üçün olduqca ağrılıdır. Dronlar Rusiya biznes elitasının və ölkədə qalan xarici şirkətlərin bir hissəsinin yerləşdiyi əraziləri hədəf götürürlər. Bu da Rusiyanın biznes üçün təhlükəsiz olmadığı qənaəti yaradır.
Məsələnin ciddiliyini və Ukrayna dronlarının yaratdığı təhlükənin reallığını göstərən daha bir məqam isə Moskvanın əsas aeroportlarından birinin – cənub-qərbdə yerləşən Vnukovo aeroportunun fəaliyyətini müvəqqəti dayandırması olub (bir neçə saatdan sonra fəaliyyətini bərpa edib).
Qeyd edək ki, “Moskva Siti” paytaxtın əsas biznes məhəlləsi sayılır. Burada 20-ə yaxın göydələn bina tikilib, onlar biznes mərkəzlərdir. Ümumi sahəsi 100 hektar olan ərazidə tikintilərə indiyədək 20 milyard dollar yatırılıb.