Beynəlxalq kredit reytinqi agentliyi "Moody's" Türkiyənin kredit reytinqini ''Ba3''dən ''B1''ə endirib. Reytinqin proqnozu neqativ olub.
FED.az xəbər verir ki, agentliyin açıqlamasında, "reytinq endirimi tədiyyə balansı böhranının artmağa davam etməsini əks etdirir.
Eləcə də bax: Oman körfəzində baş verən hadisələr nefti - BAHALAŞDIRDI
Agnetliyin məlumatında qeyd olunur ki, Türkiyə uzunmüddətli iqtisadi və maliyyə oynaqlıq dövrünə qarşı hələ də zəifdir. Türkiyənin valyuta ehtiyatlarında azalma, davam edir.
"Moody's" Türk lirəsinin daha çox ucuzlaşma ola biləcəyini, valyuta ehtiyatlarının da daha çox azalacağını proqnozlaşdırıb. Türkiyəyə sanksiya tətbiq olunmasının daha çox bazar reaksiyasına səbəb olacağı və kredit reytinqi üçün də mənfi olacağı bildirilir.
Agentlik, ABŞ ilə baş verən S400 böhranına də diqqət çəkərək "ABŞ-ın mümkün sanksiyaları da Türkiyə iqtisadiyyatı və maliyyə sistemi üzərində təzyiq yaratdığını qeyd edib.
"Moody's" Türkiyənin reytinqini endirdi - CİDDİ RİSKLƏR VAR
10:32
15 İyun 2019