Moldova hökuməti Rusiyanın bu ölkəyə təyin etdiyi səfirin etimadnaməsini qəbul etməyib.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, Moldova prezidenti Maya Sandu Rusiyanın yeni səfiri Oleq Ozerovun etimadnaməsini qəbul etməyib. Səfir 2024-cü ilin sentyabrında təyin edilsə də, indiyədək bu sənədi ondan qəbul etməyiblər.
Bununla bağlı, Rusiyanın Xarici İşlər Nazirliyi Moldovaya etiraz edib, ləngiməyə görə izahat tələb edib. Moldova səfəri nazirliyə çağrılaraq ona nota təqdim edilib.