Moldova respublikası Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmağa başlayır.
FED.az xəbər verir ki, bu barədə bu gün ölkə parlamentinin rəhbəri İqor Qrosu məlumat verib. O, Moldovanın MDB-dən çıxması proseduruna başlamaq qərarını açıqlayıb
Parlamentin spikeri İqor Qrosu Moldovanın Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası haqqında sazişdən çıxması proseduruna başlanılması qərarını açıqlayıb.
Onun sözlərinə görə, MDB-yə 30 illik üzvlük Modovaya heç bir xeyir gətirməyib.
Parlamentin rəhbəri elan edib ki, 30 ildən sonra tam aydın oldu ki, Moldova Respublikasının MDB strukturlarında iştirakı:
- Dnestryanı münaqişənin həllinə kömək etmədi;
- rus ordusunun Moldova Respublikası ərazisindən çıxarılmasına kömək etmədi;
- ən çətin dövrlərdə bizi ağrılı iqtisadi embarqolardan - şərab, kənd-ərzaq məhsullarına embarqodan qorumadı;
- MDB-də iştirak bizi qışın ortasında enerji şantajından qorumadı;
- MDB-də iştirak iştirakçı ölkələri hərbi hücumlardan, müharibədən və suveren ərazilərin qanunsuz işğalından qoruya bilmədi.
İqor Qrosu bildirib ki, «MDB-nin qurucu ölkəsi olan Rusiya Federasiyası başqa bir qurucu ölkə olan Ukraynaya vəhşicəsinə hücum edib, onun ərazilərini işğal edib vətəndaşlarını qətlə yetirdikdən sonra bu təşkilatı artıq birlik adlandırmaq olmaz, biz aqressor ölkə ilə bir təşkilatda qala bilməmik».