İsmayıllının sabiq icra başçısı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru Mirdaməd Sadıqov vəfat edib.
FED.az xəbər verir ki, koronavirusa yoluxan M.Sadiqov son günlər Bakıda xəstəxanaların birində müalicə alıb və süni tənəffüs aparatına qoşulmuşdu.
Ali Məhkəmənin hakimi koronavirusdan - Vəfat Edib
Mirdamət Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) “Maliyyə-Kredit” kafedrasında başlayıb. O, 1971-1972-ci illərdə kafedrada baş referent, 1972-1977-ci illərdə laborant və baş laborant vəzifələrində çalışıb.
“Altes Group”un prezidenti - Vəfat Etdi
1973-1977-ci illərdə həmin kafedranın aspiranturasında təhsil alıb və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülüb.
İcra başçısı xəstəxanada vəfat etdi
1977-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi olub. Sonralar “Maliyyə-Kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsini icra edib. Bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilib.
Azərbaycanın tanınmış jurnalisti koronavirusdan - Vəfat Edib
1988-1992-ci illərdə Bakı Maliyyə-Kredit Texnikumunun direktoru, daha sonra texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar 1992-1999-cu illərdə kollecin direktoru vəzifəsində çalışıb.
Azərbaycanın tanınmış iş adamı koronavirusdan - Vəfat Etdi
1999-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru olub. 2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub.
Azərbaycanda klinika rəhbəri koronavirusdan - Vəfat Etdi
2007- 2008-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub.
Dövlət Vergi Xidmətinin şöbə rəisi koronavirusdan vəfat edib
14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub.
İqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, həmçinin 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifi olub.
Avropa Universitetləri Rektorları Klubunun üzvü olub.
2020-ci ilin aprelində UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə təyin olunub.
19 yanvar 2020-ci ildə vəfat edib.