Rusiyalı milyarder İqor Rıbakov Sankt-Peterburqda biznes-foruma toplaşanların başına 20 min dollar səpib.
FED.az məlumat verir ki, “74.ru” saytı xəbər verir ki, əskinasların hamısı 1 dollar dəyərində olub.
Eləcə də bax: İş adamının uşaqları bir saatın içində milyarderə çevrilib - NECƏ?
“Atam mənə nə vaxtsa 1 dollar hədiyyə edərək onu çoxaldıb paylaşmağı xahiş edib. Mən də bunu etdim. Bu əskinas biznes aləminə simvolik biletdir”, - deyə oliqarx vurğulayıb.
O bildirib ki, bu insanların gələcək rifahına bir investisiyadır.
Qeyd edək ki, Rıbakovun biznes-forumda çıxışının qonorarı 200 min dollar təşkil edib. O bu məbləğin 10 faizini insanlara qaytarmağa qərar verib və bunu özünəməxsus tərzdə həyata keçirib.
Oxu