Dünyanın ən məşhur gəmi ilə yük daşıma şirkətlərindən biri olan, Tayvanın «Evergreen Marine Corporation» şirkəti özünün bəzi əməkdaşlarına 2022-ci ildə böyük məbləğdə bonus ödəyib.
FED.az xəbər verir ki, şirkətin bəzi əməkdaşlara ödədiyüi bonusun məbləği aylıq əmək haqqının 50 mislinə çatıb.
Belə böyük məbləğlər onunla bağlıdır ki, son 2 ildə gəmi ilə yük daşımalarda güclü artım var, dəniz daşımaları artıb və gəmilərin icarəsinə də böyük maraq müşahidə olunur.
2022-ci ildə «Evergreen Marine Corporation»un illik gəliri rekord həddə 20,7 milyard dollara çata bilər – müqayisə üçsün bildirək ki, bu təqribən Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsinin gəlirlərinə bərabərdir.
Yeni il münasibətilə ödənilən bonus hesablananda işçinin 4 illik əmək haqqı məbləği yazılıb. Bonusun konkret məbləği işçinin aylıq əmək haqqından və gəlirlərindən asılı olaraq hesablanıb.
Xatırladaq ki, «Evergreen» şirkəti 2021-ci ildə onun konteyner gəmisi olan
«Ever Given»in Suveyş kanalında saya oturması və dünya gəmiçiliyi tarixində ən böyük tıxac yaratmasından sonra məşğul olmuşdu. Uzunluğu 400 metr, eni isə 59 metr olan gəminin dayanması Suveyş kanalında hərəkəti hər iki istiqamətdə dayandırmışdı.