Niderlandın dünyaca məşhur rəssamı Van Qoqun oğurlanmış iki əsəri İtaliyanın Neapol şəhərində aşkar edilib.
Əsər yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkarlanıb.
Məlumata görə, "Sxveninqendən dəniz görüntüsü" (1882-ci ildə çəkilmiş) və "Dindarların Nyunenen islahatçı kilsəsində çıxışı" (1884-1885-ci illər) adlı əsərlər 2002-ci ildə Amsterdamdakı Van Qoq Muzeyindən oğurlanıb. Əsərlər polisin axtarışı və təhqiqatı nəticəsində tapılıb və yaxşı vəziyyətdədir.
Rəsm əsərlərinin Hollandiyaya veriləcəyi vaxt haqda məlumat yayılmayıb.
Report©